Mübariz Əhmədoğlu: “Erməni diasporu prezident Sarkisyandan ciddi narazılığını gizlətmir” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Erməni diasporu prezident Sarkisyandan ciddi narazılığını gizlətmir”

11:07 - 23 / 10 / 2017
Mübariz Əhmədoğlu: “Erməni diasporu prezident Sarkisyandan ciddi narazılığını gizlətmir”

Yüksək Kilikiya Evinin başçısı I Aram Avropa ermənilərinin forumunda iştirak edərkən Dağlıq Qarabağı ermənilərin tarixi torpağı adlandırdı və Dağlıq Qarabağın müstəqilliyinin erməni xalqının haqqı olduğunu bildirdi. Ermənilərin ikinci, diasporun birinci keşişi olan I Aram milli tələbkarlıq prinsipini gündəliyə gətirdi. I Aramın fikrincə, Ay dat (erməni məsələsi) milli tələbkarlıq prinsipinin dünyanın hər yerində  yaymalıdır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, I Aram və onun timsalında diaspor başa düşür ki, Dağlıq Qarabağ məsələsində hər şey S.Sarkisyanın və E.Nalbandyanın dediyi kimi deyil. Ona görə o Dağlıq Qarabağ məsələsində tələbkarlığı artırmağı milli məsələyə çevirdi. Bu məsələdə I Aramın mövqeyi mötəbər mövqe kimi qəbul edilə bilər:

“Çünki I Aram Cenevrəyə  gələrək  prezident Sarkisyanla ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan Prezidenti ilə görüşündən əvvəl görüşdü. Əhval-ruhiyyələrindən hər şey bəlli idi; yaxşı bir şeyə ümid etmirlər. İş də burasındadır ki, bu yaranmış vəziyyət və onun davamı bütün dünya erməniliyini, faciəyə sürükləyir. Bunun çox aydın əlaməti var.

Əgər I Aram, Sarkisyan və Nalbandyan ermənilərin 1988-ci ildəki və indiki vəziyyətlərini müqayisə etsə bunu aydın görərlər. O zaman Ermənistanı  və onun yaratdığı Dağlıq Qarabağ problemini bütün dünya dəstəkləyirdi. Spitak zəlzələsi zamanı ABŞ-dan  açılan yardım karvanına o zamankı prezident C.Buşun oğlu başçılıq edirdi. İlk təyyarə ilə özü Yerevana gəldi.

Amma təxminən 3 il bundan qabaq ABŞ-ın o zaman Ermənistandakı səfiri C. Heffernin inadlı dəstəyi ilə Ermənistanın iş adamları ABŞ-da silsilə görüşlər keçirsə də, ABŞ-la Ermənistan arasında ticarətin genişləndirilməsi və ikiqat vergi qoymanın ləğvi məsələsini gündəliyə gətirə bilmədilər. SSRİ mərkəzi hökumətindən, ABŞ-dan və erməni diasporundan gələn yardımları da üst-üstə hesablasaq o dövrdə Ermənistanın 7-8 milyard dollar pulu var idi. İndi  isə Ermənistanın 7 milyard dollar borc var”.

M.Əhmədoğlu vurğuayıb ki, Sarkisyan prezident olaraq dəfələrlə ABŞ-da olub. ABŞ-ın heç bir rəsmisi onunla adicə görüşməyib də: “ Ermənistanın heç bir geosiyasi tərəfdaşı yoxdur.  Ermənilərin dini tənəzzülü başlayıb; Kilsə biznes-kommersiya obyektinə çevrilib. I Aramın rəhbərlik etdiyi bir dövrdə Yaxın Şərqdə ermənilərin sayı hədsiz azalıb. I Aramın ayılması üçün nələrin baş verməsini başa düşmək çox çətindir.

Ermənistanın XİN rəhbəri Nalbandyan da ATƏT MQ həmsədrlərinin 3 bəyanatını tapdalayaraq Cenevrə görüşündən 3 gün sonra eynilə əvvəlki ampluasına qayıtdı; “danışıqlar prosesinə vurulan zərbə hələ aradan qaldırılmayıb” fikri o deməkdir ki, Ermənistanda bacardıqları qədər çalışacaqlar ki, danışıqlar prosesindən yayınsınlar. Azərbaycan dialoq, danışıqlar prosesinin tərəfdarıdır. Ermənistan dinc tənzimlənmə prosesinə “hə-hə” deməklə özünün əsl maraqlarını gizlədir. Ermənistanın əsl niyyəti prezidentlərin görüşünün baş tutmamasıdır. Ermənistanda bilirlər ki, prezidentlərin görüşü Dağlıq Qarabağ tənzimlənməsini yaxınlaşdırır. Dağlıq Qarabağ tənzimlənməsinin fəlsəfi konsepti tam aydındır: Ətraf ərazilər yaxın müddət ərzində, Dağlıq Qarabağ özü isə bir müddətdən tutaq ki, 20-25 ildən sonra Azərbaycanın tərkibinə qayıdır. Ortalıqda olan bütün variantlarda Dağlıq Qarabağın müstəqil olması və yaxud Dağlıq Qarabağın Ermənistana birləşməsi adlı heç bir ideya yoxdur.

Ermənistan rəhbərliyi uzun müddət xalqı referendumla aldadıblar. Guya Dağlıq Qarabağ xalqı var. Dağlıq Qarabağ xalqı öz müqəddəratını referendum yolu ilə həll edəcək. İstər Lavrov, istər Hoqland variantı Yenilənmiş Madrid Prinsiplərinin törəmələridir və bu variantların heç birisində “Dağlıq Qarabağ” adlı xalq və Dağlıq Qarabağ ermənilərinin öz taleyini referendum vasitəsilə həll etməsi məsələsi göstərilməyib.

Ermənilər yeni yaranmış şəraitdə köhnə siyasəti davam etdirməklə özlərini məhvə sürükləyirlər.  Belə halda I Aramın ortalığa gətirdiyi milli tələbkarlıq anlayışı artıq “Sasna srer” hadisələrinə dini, ümum erməni maraqları prizmasından haqq qazandırmaqdan başqa bir şey deyil.

Erməni xalqının hansı haqqının olub-olmaması mövzusunda diskussiya açmaq olar. Bir şeyi dəqiq demək olar: Ağıllanmaq I Aramın, S.Sərkisyanın, həmçinin ermənilərin haqqıdır”.

1news.az

 

 

Paylaş:
959

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər