Meksikalı deputatlar Dağlıq Qarabağa qanunsuz səfər ediblər | 1news.az | Xəbərlər
Siyasət

Meksikalı deputatlar Dağlıq Qarabağa qanunsuz səfər ediblər

14:13 - 24 / 10 / 2017
Meksikalı deputatlar Dağlıq Qarabağa qanunsuz səfər ediblər

Meksika parlamentinin bir qrup üzvü Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, deputatlar Blanka Marqarita Kuata Dominges, Maria Kristina Teresa Garsia Bravo və Karlos Ernandes Miro Xankəndində separatçı rejimin “parlamentinin” sədri Aşot Gulyanla görüşüblər.

Onları səfərdə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov müşayət edib.

Qeyd edək ki, bundan əvvəl meksikalı deputatlar İrəvanda bir sıra görüşlər keçiriblər.

P.Sultanova

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər