Meksika səfiri Dövlət Dəniz Administrasiyasında olub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Meksika səfiri Dövlət Dəniz Administrasiyasında olub - FOTO

14:02 - 26 / 10 / 2017
Meksika səfiri Dövlət Dəniz Administrasiyasında olub - FOTO

Oktyabrın 25-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, ikitərəfli əməkdaşlıq imkanları və perspektivlərini müzakirə etmək üçün ı Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov ilə görüüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə Administrasiya rəhbəri idarə etdiyi qurum haqqında ümumi məlumat verib, onun əsas funksiyaları və xarici təşkilatlarla əlaqələri barədə söz açıb.

Səfir Labardini, öz növbəsində, səfirliyin fəaliyyəti və onun əsas məqsədlərindən biri – müxtəlif sektorlar üzrə ikitərəfli əlaqələrin möhkəmlənməsi – barədə danışıb. Bu xüsusda, Dövlət Dəniz Administrasiyası ilə onun Meksikadakı həmkar qurumu arasında mümkün əməkdaşlığı qeyd edib. Həmçinin, diplomat Meksikada limanların rolu və dəniz sektorunun vacib məlumatlarını diqqətə çatdırıb.

Məlumat verilib ki, Meksikada iki okean – Sakit və Atlantik okeanlara - çıxışı olan yüksək səviyyəli liman qurğuları mövcuddur. Bundan əlavə, əməliyyat qabiliyyətini illik 98 milyon tona çatdırmağı istəyən yeni Verakruz Limanının imkanları vurğulanıb.

Beynəlxalq Dəniz Təşkilatındakı üzvlükləri haqqında söhbət edən tərəflər bu qurum çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edib, məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
1007

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər