Tekila içkisinin ənənəvi dequstasiyası olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tekila içkisinin ənənəvi dequstasiyası olub - FOTO

14:35 - 27 / 10 / 2017
Tekila içkisinin ənənəvi dequstasiyası olub - FOTO

Meksikanın Azərbaycandakı səfirliyi artıq üçüncü ildir baş tutan əsl Meksika içkisi olan tekilanın dequstasiya tədbirini təşkil edib.

1news.az-a Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu tədbir Bakıda Meksika mətbəxi və mədəniyyəti ilə bağlı bir ənənəyə çevrilib.

Dequstasiya zamanı bu içkinin mənşəyi və istehsalı barədə maraqlı faktlar təqdim olunub. Qeyd edilib ki, mezkal, sotol, Havana çilisi, Papantla vanili, Verakruz qəhvəsi və digərlərilə birlikdə tekila Meksikanın mənşəyi olan adlar siyahısında yer alır.

Tekila Meksikanın Xalisko ştatındakı Tekila bələdiyyəsində yaranan bir distillə edilmiş içkidir. Tekila aqavası adlanan göy aqavanın şirəsinin fermentasiyası və distillə olunması (mezkal içkisi kimi) nəticəsində hazırlanır. Mənşəyi ad sahibi olduğu üçün bu içki Meksikanın beş ştatında istehsal olunur: Quanaxuato, Miçoakan, Nayarit, Tamaulipas və Xalisko. Ola bilsin ki, bu, Meksikanın dünyada ən çox tanınan içkisidir.

12 iyul 2006-ci il tarixində Meksikanın tekila istehsal olunduğu regionu Tekilada aqava mənzərəsi və qədim sənaye qurğuları adı altında YUNESKO tərəfindən bəşəriyyətin Dünya İrsi elan olunub.

P.Sultanova

 

Paylaş:
952

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər