Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb

17:47 - 29 / 10 / 2017
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb

Son iki gündə Türkiyədə Ankara, İstanbul və İzmir başda olmaqla, 8 rayonda İŞİD terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, ümumilikdə terror təşkilatına üzv olmaqda şübhəli sayılan 143 şübhəli saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda tapança, ov tüfəngi, sursat, terror təşkilatına məxsus sənədlər aşkarlanıb. Hüquq-mühafizə orqanlarının Bursa rayonunda və rayonun 7 qəsəbəsində keçirdiyi əməliyyat zamanı 2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb.

1news.az

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər