Almaniya alimləri yeni simsiz rabitə texnologiyası hazırlayıblar | 1news.az | Xəbərlər
Dünya

Almaniya alimləri yeni simsiz rabitə texnologiyası hazırlayıblar

23:38 - 31 / 10 / 2017
Almaniya alimləri yeni simsiz rabitə texnologiyası hazırlayıblar

Almaniya alimləri optik-lif birləşmələrində kabellərdən istifadə zamanı sürətin məhdudlaşdırılması ilə bağlı yaranan əsas problemin həllini taparaq yeni simsiz rabitə metodu hazırlayıblar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlər simli bağlantıdan imtina edərək ötürülən məlumat axınının artması, hava müqavimətinin isə sürətə təsir edə bilməməsi üçün fotonları toxunmaya bənzər şəklə salıblar.

Texnologiya işıq hissəciklərinə lazımi impuls verən xüsusi holoqramdan istifadə edir. Bu səbəbdən hissəciklər uzun məsafələri maneəsiz qət edə bilirlər.

Alimlər yeni texnologiyanın sınaqlarını da keçiriblər. Bu kəşf sayəsində ekspertlər məlumatları 1609 metr (1 mil) məsafəyə ötürməyə nail olublar. Mütəxəssislərin sözlərinə görə, texnologiyanın praktik tətbiqi üçün hələ görüləsi çox iş var. Məsələn, rabitənin güclü yağış və ya qarlı hava şəraitində necə işləyəcəyi sual doğurur.

1news.az

Paylaş:
757

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər