Bank of Baku ipoteka kreditini 150.000 AZN-dək artırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku ipoteka kreditini 150.000 AZN-dək artırdı

14:00 - 01 / 11 / 2017
Bank of Baku ipoteka kreditini 150.000 AZN-dək artırdı

Bank of Baku, ev arzusunda olan şəxslər üçün ipoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi.

İpoteka krediti üzrə maksimal məbləği 150.000 AZN-dək artıran Bank, minimal 20% İLKİN ÖDƏNİŞ etməklə müştərilərini ev sahibi etmək niyyətindədir.

Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ isə sadəcə 8% təşkil edir.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına verilən İpoteka kreditinin rəsmiləşdirilməsi üçün aşağıdakı ilkin sənədlər tələb olunur:

- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

- Asan imza və ya Elektron imza

Yuxarıdakı güzəştli şərtlərdən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını dolduraraq Bank of Baku-ya müraciət edə bilər.

İpoteka krediti haqqında daha ətraflı məlumat almaq istəyənlər, 145 Məlumat Mərkəzinə zəng edə və ya banka yaxınlaşa bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər