Nyu-Yorkun mərkəzində terror: ölənlər var - FOTO | 1news.az | Xəbərlər
Dünya

Nyu-Yorkun mərkəzində terror: ölənlər var - FOTO

09:50 - 01 / 11 / 2017
Nyu-Yorkun mərkəzində terror: ölənlər var - FOTO

ABŞ-ın Nyu-York şəhərinin mərkəzində yük maşınının izdihama çırpılması nəticəsində 8 nəfər həlak olub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə nəticəsində 15 nəfər yaralanıb.

Məlumata görə, hadisədən sonra yük maşınının sürücüsü avtomobildən düşərək polis əməkdaşlarına atəş açıb.  

 Hadisəni törədən şəxs Seyfulla Saipov polis tərəfindən yaralanaraq saxlanılıb.

CBS News telekanalı onun UBER-də sürücü işlədiyi barədə məlumat verib.

P.Sultanova

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər