Texasda kilsədə qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib | 1news.az | Xəbərlər
Dünya

Texasda kilsədə qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib

09:08 - 06 / 11 / 2017
Texasda kilsədə qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib

ABŞ-ın Texas ştatında qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.

1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub.

Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.

S.Xankişiyeva

 

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər