Sürücülər üçün “zəngli papaq” | 1news.az | Xəbərlər
Dünya

Sürücülər üçün “zəngli papaq”

21:56 - 07 / 11 / 2017
Sürücülər üçün “zəngli papaq”

“Ford” şirkəti sürücülər üçün “zəngli papaq” yaradıb. Bu xüsusi papağa sürücü mürgüləyəndə və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ixtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu yerləşdiriblər.

Sürücü yuxuya gedən kimi onun başı həmişəkindən daha çox aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır.

1news.az

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər