Yaponiyada “qara dul” qadın asılacaq – FOTO
Yaponiyada 70 yaşlı “qara dul” qadına asılma cəzası verilib.
Belə ki, o üç nəfərin: əri və iki məşuqunun ölümündə ittiham olunur. Müstəntiq araşdırmalarına görə, Tisako Kakexi adlı xanım onları boyaq turşuyla zəhərləyərək miraslarına sahib olub.
Tisako dörd dəfə ərdə olub və onun bütün həyat yoldaşları şübhəli səbəblərdən vəfat ediblər. Lakin dördüncü ərinin zəhərlənmə səbəbini sübut etmək mümkün olub.
“Qara dul” qadının bütün mirasdan əldə etdiyi gəlir 9 milyon dollar həcmində qiymətləndirilir.
Onun sonuncu əri zəhərlənmədən sonra sağ qala bilib. O, müstəntiqə boyaq turşusu barədə danışıb. Kakexi turşunu qida əlavəsi kimi təqdim edirmiş.
S.Xankişiyeva
1221