Rusiyanın İjevsk şəhərində yaşayış binası uçub, ölənlər var - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın İjevsk şəhərində yaşayış binası uçub, ölənlər var - FOTO - VİDEO

21:54 - 09 / 11 / 2017
Rusiyanın İjevsk şəhərində yaşayış binası uçub, ölənlər var - FOTO - VİDEO

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, binanın bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.

1news.az

Paylaş:
1246

Son xəbərlər

Bütün xəbərlər