İrəvanda tələbələrin etirazı - hərbi xidmətə getmək istəmirlər
İrəvanda tələbələrin etiraz aksiyası davam edir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, gənclər orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər.
Etirazlar artıq 4 gündür davam edir.
İrəvan Dövlət Universitetinin qarşısına toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.
Ermənistan parlamentinin komissiyası müvafiq qanunu bu gün müzakirə edəcək.
Hazırda tələbələrin universitetin bütün korpusları boyunca yürüş keçirdiyi bildirilir.
1news.az
972