“Neftçi”dən yeni transfer | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”dən yeni transfer

18:30 - 13 / 11 / 2017
“Neftçi”dən yeni transfer

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb.

Belə ki, 2014/2015 mövsümündə “İnter”in heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Süleymanov Slovakiya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.

Qeyd edək ki, Süleymanov AZAL-a da “Neftçi”nin hazırkı baş məşqçisi Tərlan Əhmədovun istəyi ilə transfer edilmişdi.

1news.az

Paylaş:
715

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər