“O səs Türkiyə”də mahnımız anonim təqdim edildi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

“O səs Türkiyə”də mahnımız anonim təqdim edildi – VİDEO

12:19 - 13 / 11 / 2017
“O səs Türkiyə”də mahnımız anonim təqdim edildi – VİDEO

“O səs Türkiyə” mahnı müsabiqəsində “Yandırdın qəlbimi”adlı Azərbaycan xalq mahnısı anonim olaraq təqdim edilib.

1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Oğuzhan Özdemir adlı iştirakçı mahnını sazla ifa edib. 

Onun çıxışını Yıldız Tilbe və Gökhan Özoğuz bəyənib. G. Özoğuz bəstədən xoşu gəldiyini bildirib: “Qardaşımızın səs tonu fərqlidir. Tarix müəllim ( orkestra rəhbəri) , bu mahnını ilk dəfə səsləndirirsiz? Kimə aiddir?”

Münsifin sualına iştirakçının özü cavab verib: “Bir çox sənətçidən dinləmişəm, amma müəllifini bilmirəm”.

Yıldız isə düzəliş edərək mahnının Azərbaycan xalq mahnısı olduğunu qeyd edib. 

1news.az

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər