Lavrov Bakı və İrəvanda Qarabağı müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Lavrov Bakı və İrəvanda Qarabağı müzakirə edəcək

16:06 - 14 / 11 / 2017
Lavrov Bakı və İrəvanda Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Bakıya və İrəvana planlaşdırılan səfərindən danışıb.

1news.az  xəbər verir ki, o, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəyini vurğulayıb:

“Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm. Səfərin gündəliyində  hər iki ölkə ilə ikitərəfli əlaqələrin müzakirəsi var. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu da müzakirə edəcəyik”.

Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.

1news.az  

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər