Ermənistanda polislərlə tələbələr arasında qarşıdurma
Ermənistan parlamentinin binası qarşısında polis əməkdaşları ilə tələbələr arasında qarşıdurma yaranıb.
1news.az xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlətin ləğvi ilə bağlı qanun layihəsinə etiraz edirlər.
Gənclər əvvəlcə Dəmirçiyan küçəsini Milli Yığıncaq tərəfdən bağlayıb, sonra parlamentin girişinə doğru hərəkət edərək Baqramyan prospektinin bu hissəsini bağlayıblar.
Prospektdə nəzarəti gücləndirən polis tələbələrə dağılışmaq üçün 5 dəqiqə vaxt versə də, qarşıdurma yaranıb.
Qeyd edək ki, Milli Yığıncaq hərbi xidmətdən möhlət verilməsi ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib.
1news.az
661