Zimbabvedə çevriliş: 93 yaşlı prezident girov götürülüb | 1news.az | Xəbərlər
Dünya

Zimbabvedə çevriliş: 93 yaşlı prezident girov götürülüb

11:49 - 15 / 11 / 2017
Zimbabvedə çevriliş: 93 yaşlı prezident girov götürülüb

Zimbabvedə hərbçilər prezident Robert Muqabe və onun təhlükəsizlik xidmətinin əməkdaşlarını girov götürüblər.

1news.az xəbər verir ki, bu barədə News24 məlumat yayıb.

Xəbərdə deyilir ki, Muqabe istefaya getməyə hazırdır və həyat yoldaşının ölkəni tərk edə bilməsinə dair ordu ilə razılaşıb.

Daha əvvəl ölkədə dövlət çevrilişi olduğuna, hərbçilərin televiziya binasını ələ keçirdiklərinə dair məlumatlar yayılıb. Hərbçilər isə "cinayətkarlara qarşı" mübarizəyə qalxdıqlarını bəyan ediblər.

Xatırladaq ki, noyabr ayının əvvəlində 93 yaşlı Muqabe, dövlət başçısı postuna namizəd olacağı ehtimal edilən Emmerson Mnanqavanı vəzifədən uzaqlaşdırıb.

Bazar ertəsi Ordunun Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentə Mnanqavanı istisna edilməklə hakim partiyadakı “təmizləmələri” dayandırmağa çağırıb.

P.Sultanova

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər