Zaxarova: Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır

12:08 - 16 / 11 / 2017
Zaxarova: Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda ikitərəfli münasibətlər və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcək.

1news.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Lavrov noyabrın 20-nə planlaşdırılan səfəri zamanı Bakıda həmkarı Elmar Məmmədyarovla görüşəcək:

“Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. Rusiya-Azərbaycan əməkdaşlığı uzun müddətli dostluq və qarşılıqlı hörmətə əsaslanır”. 

XİN rəsmisi Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini vurğulayıb.

P.Sultanova

 

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər