NATO təlimində Ərdoğan və Atatürkün fotoları atış üçün hədəf kimi seçilib | 1news.az | Xəbərlər
Dünya

NATO təlimində Ərdoğan və Atatürkün fotoları atış üçün hədəf kimi seçilib

16:35 - 17 / 11 / 2017
NATO təlimində Ərdoğan və Atatürkün fotoları atış üçün hədəf kimi seçilib

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə prezident  Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib. O, hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.

 NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki,  Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib.

1news.az

Paylaş:
1068

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər