NATO-nun baş katibi Türkiyədən üzr istəyib | 1news.az | Xəbərlər
Dünya

NATO-nun baş katibi Türkiyədən üzr istəyib

19:44 - 17 / 11 / 2017
NATO-nun baş katibi Türkiyədən üzr istəyib

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən hörmətsizliyə görə üzr istəyib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Y.Stoltenberq açıqlamasında bildirib ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçisi deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi vəzifəsindən uzaqlaşdırılıb. Onunla bağlı sonrakı qərarları Norveç tərəfi verməlidir.

Baş katib Türkiyəni NATO-nun mühüm tərəfdaşı kimi qiymətləndirib.

1news.az

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər