Misirdə qədim məbədin qalıqları tapılıb
Misir yaxınlığındakı Gəlyubiyyə əyalətində yeni binanın tikintisi üçün aparılan qazıntı işləri zamanı inşaatçılar qədim məbədin qalıqlarını aşkar ediblər. Bu barədə Misirin “Əl Youm al Sabia” nəşri məlumat yayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tikinti yerinə dəvət olunan arxeoloqlar və ekspertlər məbədin Hor, İsida və Osiris tanrılarına aid olduğunu təxmin edirlər. Alimlərin fikrincə, yerin altında məbədin qalıqlarından əlavə, qədim şəhərin də olmasına böyük ehtimal var.
Qeyd olunur ki, yerin altında tapılmış məbədin divarlarının hissələrinin üstündə tanrıların təsvirləri və qədim Misir heroqlifləri var. Tapıntının hansı dövrə aid olduğu hələ müəyyənləşdirilməyib. Hazırda tikinti işləri dayandırılıb və arxeolojı qazıntılar aparılır.
1news.az