Meteoroloqlardan xəbərdarlıq: Yağış və qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Yağış və qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək

13:24 - 20 / 11 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Yağış və qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından  başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Babək Cahandarov

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər