Azərbaycanlı qadın fahişəliyə məcbur edildi | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı qadın fahişəliyə məcbur edildi

17:40 - 20 / 11 / 2017
Azərbaycanlı qadın fahişəliyə məcbur edildi

Türkiyədə zorla fahişəliyə cəlb edilən azərbaycanlı qadın polis tərəfindən xilas edilib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Dənizli bölgəsində azərbaycan əsilli bir qadına zorla fahişəlik etdirən şəxs barədə yerli polisə şikayət daxil olub.

Polis 58 yaşlı Ramazan S.-nin evində əməliyyat keçirib. Bu zaman evdə olan 48 yaşlı Nazilə M. Ramazan S. tərəfindən silah gücünə evdə saxlandığını və fahişəliyə məcbur edildiyini deyib.

Qadının ifadəsindən sonra Ramazan S. həbs edilib.

1news.az

Paylaş:
1515

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər