Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

16:26 - 21 / 11 / 2017
Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Koreya XİN-ləri arasında keçirilmiş 3-cü siyasi məsləhətləşmələr çərçivəsində bu ölkənin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Yun Sun-Qu ilə görüşüb.

1news.az-a XİN-dən verilən məlumata görə, cari ildə Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu və bu müddət ərzində iki ölkə arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətlərinin qurulduğu vurğulanıb.

Bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı. Belə səfərlərin əlaqələrimizin yeni mərhələyə qaldırılmasına təkan verə biləcəyi qeyd edildi.

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının 2018-ci ilin il iyul – oktyabr ayları arasında Azərbaycanda keçirilməsi təklif edildi.

Nazir müavini Xələf Xələfov Azərbaycanda həyata keçirilən dərin iqtisadi islahatlar çərçivəsində Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının mühüm sahələrində investisiya layihələrində iştirakının vacib əhəmiyyətini bildirdi.

2009-cu ildə əsası qoyulmuş sayca üçüncü siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti vurğulandı.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və Koreya yarımadasındakı vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.  Azərbaycan tərəfi iki ölkə prezidentləri arasında 2006 və 2007-ci illərdə imzalanmış bəyanatlarda əksini tapmış müddəalara istinad edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini qeyd edib.

P.Sultanova 

 

Paylaş:
549

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər