Zimbabve prezidenti istefa verib | 1news.az | Xəbərlər
Dünya

Zimbabve prezidenti istefa verib

20:56 - 21 / 11 / 2017
Zimbabve prezidenti istefa verib

Zimbabve prezidenti Robert Muqabe partlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Zimbabve parlamentinin spikeri Ceykob Mudenda bildirib.

Spiker parlamentin iclasını dayandıraraq R.Muqabenin istefa bəyanatını oxuyub. C.Mudenda yeni ölkə rəhbərinin adını artıq noyabrın 22-də elan etməyi tövsiyə edib.

Qeyd edək ki, noyabrın 19-da, Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdıraraq noyabrın 20-dək istefa verməyə çağırıb. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan etmişdi. 

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər