Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir

15:20 - 22 / 11 / 2017
Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir

Prezident Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Soçi şəhərinə edəcəyi səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ problemini də müzakirə edəcəyini bildirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəlki görüşdə də Putinlə Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr apardığını deyib.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, Putin bu məsələdə əlindən gələni əsirgəməyəcəyini bildirib.

“Bu məsələ ilə bağlı qarşıdakı görüşə də müzakirələrimiz olacaq, çünki Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər