Üç milyon dollara avtomobil nömrəsi – FOTO | 1news.az | Xəbərlər
Dünya

Üç milyon dollara avtomobil nömrəsi – FOTO

17:42 - 22 / 11 / 2017
Üç milyon dollara avtomobil nömrəsi – FOTO

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən hərracda biznesmenlər avtomobillərin qeydiyyat nömrəsinə külli miqdarda pul xərcləyiblər.

Məsələ ondadır ki, bu nömrələr cəmi bir rəqəmdən ibarətdir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu günlərdə iş adamı Əhməd əl- Marzuki avtomobili üçün 10 milyon dirhəmə (3 milyon dollar) 2 rəqəmi ilə işarələnmiş qeydiyyat nömrəsi alıb. 23 yaşlı sahibkar bildirib ki, bu nömrəni BƏƏ-nin milli bayramı – dekabrın 2-də qeyd olunan Müstəqillik Günü münasibətilə seçib.

Ümumilikdə isə hərracda bu cür 15 bahalı və unikal nömrə satılıb. Məsələn, “1111” nömrəsi 12 yaşlı gəncə 400 min dollara başa gəlib.

S.Xankişiyeva

 

Paylaş:
709

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər