Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib – YENİLƏNİB
Tbilisidə keçirilən antiterror əməliyyatı başa çatıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, terrorçular zərərsizləşdirilib.
Hazirda binada və ətraf ərazilərdə ehtiyat tədbirləri və araşdırma aparilır. Terrorçuların sayı və yaralılar barədə dəqiq məlumat verilmir. Amma xüsusi təyinatlılar arasında 5 nəfərdən çox yaralı olduğu bildirilir.
16.47
Tbilisidə keçirilən antiterror əməliyyatları zamani daha bir xüsusi təyinatlı yaralanıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, binada gizlənən terrorçularla xüsusi təyinatlılar arasında baş verən atışma zamanı yaralanan xüsusi təyinatlı təcili xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, terrorçuların atəş nöqtələrindən birinə qumbaraatanla atəş açılıb.
İlkin məlumatlara gorə, bir terrorçu məhv edilib.
09.10
Tbilisinin ətrafında bir neçə saatdır antiterror əməliyyatı davam etdirilir, hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hazırda xüsusi təyinatlılar şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar.
“Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam etmıkdədir”, - deyə İnterpressnews.ge bildirir.
Gürcüstanın “Birinci kanal”ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. Qurumun məlumatında bildirilir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
“Rustai-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.
S.Xankişiyeva