Səfir: Əfqanıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Əfqanıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır

12:25 - 27 / 11 / 2017
Səfir: Əfqanıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır

Əfqanıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır. Biz BMT və digər platformalarda hər zaman Azərbaycana öz dəstəyimizi veririk.

1news.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ölkəsi terrorun bütün növlərinə qarşıdır və bu məsələdə Azərbaycanın yanındadır:

“Əksər müsəlman ölkələrinin Qarabağ məsələsində Azərbaycanın yanında olduğuna şahid olmuşuq. Əminik ki, bütün islam dünyası Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəylik nümayiş etdirəcək”.

P.Sultanova

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər