ABŞ-ın dövlət katibi: Qarabağ münaqişəsində Minsk qrupunun səylərini dəstəkləyirik | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın dövlət katibi: Qarabağ münaqişəsində Minsk qrupunun səylərini dəstəkləyirik

14:50 - 07 / 12 / 2017
ABŞ-ın dövlət katibi: Qarabağ münaqişəsində Minsk qrupunun səylərini dəstəkləyirik

ABŞ  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun  səylərini dəstəkləyir. 

 1news.az  xəbər verir ki, bu sözləri  ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.

R.Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və qoşunların təmas xəttində gərginliyi azaltmağa dair öhdəliklərini alqışlayır: "İrəliləyişə yalnız siyasi iradə ilə nail olmaq mümkündür".

P.Sultanova

Paylaş:
590

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər