İran XİN: ABŞ BMT-nin qətnamələrini açıq şəkildə pozub | 1news.az | Xəbərlər
Dünya

İran XİN: ABŞ BMT-nin qətnamələrini açıq şəkildə pozub

16:39 - 08 / 12 / 2017
İran XİN: ABŞ BMT-nin qətnamələrini açıq şəkildə pozub

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi və bu şəhəri İsrailin rejimin paytaxtı olaraq qəbul etməsinə dair bəyanat verib.

1news.az-a İranın Bakıdakı səfirliyindən daxil olan bəyanatda deyilir ki, İran XİN ABŞ-ın bu addımını şiddətlə qınayır və sözügedən qərarı beynəlxalq qətnamələrin açıq-aşkar pozuntusu kimi qiymətləndirir. 

İran XİN bildirib: “Müsəlmanların ilk qibləsi yerləşən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi olmaqla yanaşı, həm də İslam aləmində üç əsas və müqəddəs şəhərlərdən biri sayılır. Bu şəhər müsəlmanlar üçün xüsusi əhəmiyyətə malikdir.

"İran hər zaman təkid etdiyi kimi Orta Şərqdə təhlükəsizlik və sabitliyə ən böyük maneə işğal siyasətinin davam etməsi və ABŞ-ın İsrailə hərtərəfli şəkildə dəstəyidir. Məhz bunun nəticəsində Fələstinin məzlum xalqı paytaxtı müqəddəs Qüds şəhəri olan müstəqil Fələstin dövlətini yaratmaq kimi ilkin hüququndan məhrum oub. Son illərdə Amerika və onun müttəfiqlərinin təlaşı sayəsində Fələstin xalqına saziş adlı variant zorla qəbul etdirilir ki, bu da Fələstin xalqının BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində olan arzularının həyata keçməməsinə şərait yaradır. Məhz Amerikanın hərtərəfli himayədarlığı və beynəlaxalq təşkilatların etinasızlığı nəticəsində yəhudilərin həmin ərazilərdə qəsəbə salması, daha çox ərazilərin işğal edilməsi və Qüds şəhərində müqəddəs məkanlara qarşı hörmətsizlik halları baş verir və beləliklə də Fələstin xalqı öz hüquqlarından məhrum olub”.

O da qeyd edilib ki, ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi və bu şəhəri işğalçı rejimin paytaxtı olaraq qəbul etməsi kimi təhrikedici və düşüncəsiz qərarı regionda sülh və sabitliyə yardım etməyəcək, əslində Amerika dövlətinin pis niyyətlərinin ifşa edilməsi, hələ də ilğıma bənzər sülh müzakirələrinə inanıb bu sahədə tərəfsiz mövqe tutan tərəfdaş ölkələr yanında etibarına ciddi zərbə vuracaq:

"ABŞ-ın bu qərarı həm də müsəlmanların təhrik edilməsi və yeni müqavimət hərəkatının yaranışı, həmçinin daha çox kobudluq və nifrətə səbəb olacaqdır ki, bütün bunların səbəbkarı da Amerika və İsraildir.

Qüds şəhəri BMT qətnamələri baxımından işğal edilmiş şəhər sayıldığı üçün ABŞ-ın bu qərarı əslində BMT-nin qətnamələrinin açıq-aydın şəkildə pozulması anlamındadır. Bu baxımdan İran İslam Respublikası Amerikanın bu addımını şiddətlə qınayır, eyni zamanda dünyanın bütün beynəlxalq təşkilatlarını, nüfuza sahib olan ölkələri və xüsusilə də müsəlman dövlətlərini regionun sabitliyi naminə bu qərarın icrasına mane olmağa səsləyir. Çünki Amerikanın bu qərarı yalnız İsrail hakimiyyətinin xeyrinə olan bir addımdır.

İran Fələstin xalqı ilə tam mənada həmrəy olduğunu bildirir, bir daha Fələstin və müqəddəs Qüds şəhərinin işğalına son qoyulması və bu torpağın əhalisinin öz əsaslı hüquqlarına nail olması üçün beynəlxalq aləm və xüsusilə də BMT-nin üzərinə düşən ağır məsuliyyətə təkidlə yanaşır”.

P.Sultanova

Paylaş:
903

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər