İranda zəlzələdə ölənlərin sayı hələ də artır: 620 nəfər oldu | 1news.az | Xəbərlər
Dünya

İranda zəlzələdə ölənlərin sayı hələ də artır: 620 nəfər oldu

14:49 - 11 / 12 / 2017
İranda zəlzələdə ölənlərin sayı hələ də artır: 620 nəfər oldu

Noyabr ayının ortalarında İranın qərbində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, 620 nəfərin həlak olması təsdiqlənib.

Bundan əvvəl 569 nəfərin həlak olmağı barədə məlumat verilmişdi.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

S.Xankişiyeva

 

Paylaş:
680

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər