HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib
Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra üçüncü İntifadanın başlandığını bəyan edib.
1news.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.
“Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə A.Alkanu bildirib.
Birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.
1news.az
554