Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb

13:16 - 13 / 12 / 2017
Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç keçiriblər.

Ermənistan tərəfdən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
470

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər