Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb

13:41 - 13 / 12 / 2017
Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb

“İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail  mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib:

“Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

Türkiyə prezidenti bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb.

“Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir.

Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. İsrail əsgərlərinin fələstinli qardaşlarımıza tətbiq etdiyi zülmü lənətləyirik. Qüds bizim qırmızı xəttimizdir”.

1news.az

Paylaş:
561

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər