Rusiyada 93 yaşlı qadın baxıcısı və iki erməni tərəfindən vəhşicəsinə öldürülüb – VİDEO
Rusiyanın Sankt Peterburq şəhərində yaşayan 93 yaşlı Nina Matsina birotaqlı evində vəhşicəsinə öldürülüb.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hələ İkinci Dünya Müharibəsi zamanı şəhərin blokadada olduğu dövrdən Mariin teatrının kitabxanasında çalışan yaşlı qadın noyabr ayında boğularaq qətlə yetirilib.
Aparılan araşdırma nəticəsində qətlin “Yeva” xeyriyyə təşkilatının əməkdaşı 42 yaşlı Qalina Hüseynova tərəfindən təşkil olunduğu məlum olub. Bir neçə ay yaşlı qadına baxıcılıq edən Q.Hüseynova çirkin əməlini 33 və 34 yaşlı Ermənistan vətəndaşları olan iki nəfər tanışı ilə həyata keçirib.
Deyilənə görə Nina xanım ehtiyatlı idi və tanımadığı şəxslərə qapı açmırdı. Çünki bir dəfə fırıldaqçılar sosial işçi adı ilə onun 16 min dollar pulunu oğurlamışdılar. Buna görə də qatilləri evə Q.Hüseynova buraxıb.
Qatillərdən biri yaşlı qadını boğan zaman digər cinayətkar qapının ağzında gözətçilik edib, “xeyriyyəçi” baxıcı isə bu zaman evdə axtarış aparırmış.
Cinayətkarlar qadını öldürdükdən sonra mənzili tərk etməzdən öncə qazı açıb aradan çıxıblar.
Evdən dəyərli qızıl-zinət əşyaları, pul tapa bilməyən qatillər mərhumun kredit kartını götürüblər. Lakin pin-kodu bilmədiklərindən kartda olan 2 milyon rubla yaxın pulu da götürə bilməyiblər.
Babək Cahandarov