Yaponiyanın “Ispace” şirkəti Ayda su ehtiyatları axtaracaq | 1news.az | Xəbərlər
Dünya

Yaponiyanın “Ispace” şirkəti Ayda su ehtiyatları axtaracaq

21:05 - 14 / 12 / 2017
Yaponiyanın “Ispace” şirkəti Ayda su ehtiyatları axtaracaq

Yaponiyanın “Ispace” şirkəti Ayda su axtarışı məqsədilə Yerin bu peykinə enəcək iki aparatın hazırlanmasına başlayacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Ispace” şirkəti həmin layihənin maliyyələşdirilməsi üçün 12 investisiya şirkəti tərəfindən 89 milyon dollar vəsait ayrılacağı barədə məlumat yayıb.

Ayda su ehtiyatlarının axtarışı üzrə missiyanın 2019-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Astronavtların burada sudan istifadə edəcəkləri və eyni zamanda, kosmik aparatın idarəsi üçün hidrogen və oksigendən faydalanacaqları gözlənilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 11-də NASA-nın əməkdaşlarına Marsa pilotlu uçuşların həyata keçirilməsinə hazırlıq məqsədilə Ayda stansiyanın inşası barədə göstəriş verib.

1news.az

Paylaş:
575

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər