Xırdalanda yaşayış binasında yanğınla əlaqədar 25 nəfər təxliyə edilib
Abşeron rayonunun Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğın binanın 6-cı mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan ikiotaqlı mənzildə qeydə alınıb. Hadisə nəticəsində mənzilin bir otağı 17 kvadratmetr sahədə yanıb. Alovla əlaqədar yanğınsöndürənlər 25 sakini təhlükəsiz əraziyə təxliyə ediblər. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1news.az
551