Məktəblilər üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblilər üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib

22:17 - 15 / 12 / 2017
Məktəblilər üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib

Paytaxt məktəbliləri üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə start verilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, “Ümumi təhsil müəssisələrində baş verə biləcək fövqəladə hallara şagirdlərin fiziki və psixoloji hazırlığı” mövzusunda təlimlər “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil edilir.  Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək, onları müvafiq hadisələrə psixoloji cəhətdən hazırlaşdırmaqdan ibarətdir.

Təlimlərdə şagirdlərə fövqəladə hallarla bağlı zəruri tədbirlər haqqında məlumat verilir, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah olunur.

Təlimlərin 2017-2018-ci tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

1news.az

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər