Kaliforniyada meşə yanğınları davam edir | 1news.az | Xəbərlər
Dünya

Kaliforniyada meşə yanğınları davam edir

19:39 - 16 / 12 / 2017
Kaliforniyada meşə yanğınları davam edir

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən ən güclü meşə yanğınları bir qədər də genişlənərək min kvadratkilometrdən çox əraziyə yayılıb.

Hələlik yanğının cəmi 35 faizinin qarşısını almaq mümkün olub. Bu barədə ştatın meşə sahələrinin qorunması və yanğından mühafizə idarəsi məlumat yayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, qurumun saytında yerləşdirilən informasiyaya əsasən, dekabrın 4-də Ventura dairəsində başlayan və “Tomas” adı verilən yanğın hazırda 1020 kvadratkilometr ərazini əhatə edir. Kaliforniyanın cənubunda üç iri yanğın ocağını isə söndürmək mümkün olub.

Ştatın müasir tarixinə ən güclü dördüncü yanğın hesab olunan “Tomas” yanğınsöndürənlərdən birinin həyatına son qoyub. Ümumilikdə, yanğınla mübarizəyə 8 min nəfər cəlb edilib.

Hökumətin təxmini hesablamalarına görə, “Tomas” ölkəyə 70 milyon dollar zərər vurub. Ventura və Santa-Barbara dairələrində mindən çox evə və tikiliyə ziyan dəyib, həmçinin 18 minədək bina təhlükə qarşısında qalıb. Təhlükəli ərazilərdən 94 min nəfərin təxliyə olunduğu bildirilir.

Meteoroloqlar yanğının sürətlə yayılmasına səbəb olan küləyin hazırda bir qədər səngiməsinə baxmayaraq, dekabrın 17-dən yenidən güclənəcəyini proqnozlaşdırırlar.

S.Xankişiyeva

 

Paylaş:
959

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər