Kamran Əliyev: Elə sürücülər var ki, polisi kobud davranmağa təhrik edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: Elə sürücülər var ki, polisi kobud davranmağa təhrik edirlər

15:49 - 17 / 12 / 2017
Kamran Əliyev: Elə sürücülər var ki, polisi kobud davranmağa təhrik edirlər

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, yol polisindən narazı olan hər bir sürücü aidiyyatı orqanlara şikayət ünvanlaya bilər.

1news.az-ın Sputnik Azərbaycan-a istinadla verdiyi xəbərə görə, son zamanlar yol polisinin kobud rəftarından bezən sürücülər onların davranışlarını telefon kameralarının və ya video qeydiyyat cihazlarının yaddaşına həkk edərək, sosial şəbəkələrdə paylaşıb, məsələni ictimailəşdirirlər.

Kamran Əliyev qeyd edib ki, bəzən yol polisi əməkdaşları arasında etik davranış qaydalarına diqqət yetirməyənlər də var:

“Bu, yolverilməz haldır. Belə hallar aşkarlanan zaman əməkdaşlarımız cəzalanır, hətta daxili işlər orqanlarından xaric olunurlar. Bəzən də sürücülər özləri polis əməkdaşlarını kobud davranmağa məcbur edirlər ”.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər