Metroda cibgirlik edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda cibgirlik edən şəxs saxlanılıb

18:53 - 17 / 12 / 2017
Metroda cibgirlik edən şəxs saxlanılıb

Bakı metrosunda cibgirlik edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

1news.az-ın publika.az-a istinadla verdiyi xəbərə görə, metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

S.Xankişiyeva

 

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər