Atəşkəs rejimi 119 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
S.Xankişiyeva