Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

12:55 - 17 / 12 / 2017
Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya məktub göndərib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli “1+1” telekanalı mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, Saakaşvilinin Poroşenkoya barışıq təklifi etdiyi iddia olunur.

“Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, - deyə məlumatda bildirilir.

M.Saakaşvilinin komandasından isə belə bir məlumatlarının olmadıqlarını bildirib.

Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.

S.Xankişiyeva

 

Paylaş:
527

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər