McDonald’s restoranlarında “Sən də yardım əlini uzat!” adlı ənənəvi xeyriyyə aksiyası keçirilib – FOTO

1-20 noyabr tarixləri arasında bütün McDonald’s restoranlarında “Sən də yardım əlini uzat!” xeyriyyə aksiyası keçirilib.
Bütün restoranlarda suvenir olaraq satılan yardım nişanı və ovuc stikeri, noyabrın 20-də isə satılan böyük Frenç Frayz-ın satışlarından əldə edilən 7390 AZN vəsait “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi (İB) uşaqlarının ehtiyaclarını ödəmək üçün sərf olunacaq.
“Uşaqların Sağlam Gələcəyi” İB 2005-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqları reabilitasiya tədbirlərinə cəlb edərək cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Birliyin fəaliyyəti dövründə 3876 xüsusi qayğıya ehtiyacı olan uşaqlar kompleks bərpa müalicəsini alıblar. Eyni zamanda uşaqlar inklüziv məktəbəhazırlıq kursuna, art terapiya, müxtəlif dərnəklərə cəlb olunurlar. Bununla da uşaqların şəxsi keyfiyyətləri və bacarıqları inkişaf olunaraq müstəqil həyata uyğunlaşır.
McDonald’s şirkəti “Uşaqların Sağlam Gələcəyi” İB-nə müştərilər vasitəsilə yardım etməkdən məmnunluğunu bildirib.
Qeyd edək ki, dünyaca məşhur McDonald’s şirkəti 1955-ci ildən etibarən daim belə aksiyalar keçirir və buna davam etməyi planlaşdırır. Belə aksiyalar şirkətin uğurlu inkişafının əsas təməl daşlarından biridir. Məhz McDonald’s Azərbaycan “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarını rəhbər tutaraq, hər zaman belə xeyriyyə tədbirlərinin həyata keçirməyini dəstəkləyir.
Uzun illər ərzində daima uşaqların yanında olan McDonald’s Azərbaycan şirkəti bütün müştərilərinə kömək əllərini uzatmağa həmişə hazır olduqları və McDonald´s restoranlarında keçirilən xeyriyyə aksiyalarında fəal iştirak etdiklərinə görə öz dərin minnətdarlığını bildirib.
Reklam hüququnda