İraqda olan azərbaycanlı uşaqlarla bağlı açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır.
1news.az xəbər verir ki, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, orada olan Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir:
"Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları tərəfindən İraqda olan uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır. Artıq uşaqların bəziləri gətirilib. Bu proses davam edir".
1news.az
812