Artıq 8 ildir A nöqtəsindən B nöqtəsinə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Artıq 8 ildir A nöqtəsindən B nöqtəsinə - FOTO

17:35 - 19 / 12 / 2017
Artıq 8 ildir A nöqtəsindən B nöqtəsinə - FOTO

Azərbaycanın ən böyük və ilk taksi şirkəti “189 TAXİ” artıq 8 yaşını qeyd edir.

Bundan ilhamlanaraq şirkət hər kəsi illər ərzində əldə etdiyi nailiyyətlərlə tanış etməyə qərar verib.

Aşağıda 8 il uzunluğunda qət edilən yol və nailiyyətlərlə tanış ola bilərsiniz: 

2009-cu ildə Bakıda ilk taksi sifarişi xidməti olaraq fəaliyyətə start verib.

Fəaliyyətinin 2-ci (2010-cu il) ilində 189 TAXİ “Ayıq sürücü” xidmətini təqdim etdikdən sonra, Azərbaycanın bölgələrinə də gedişlər etməyə başlayıb. Həmin dövrdə şirkətdə fəaliyyət göstərən sürücülərin sayı artıq 100 idi.

2011-ci ildə müştərilərə gediş haqqını nağdsız ödəmək imkanı yaradıb. 600 sürücü artıq yolunu bu şirkətdə davam etdirib.

İlk korporativ jurnalı da 2011-ci ildə dərc etməyə qərar verib.

2012-ci ildə daha bir yeniliyə imza ataraq çalışan ailələr üçün “Avto-dayə” xidmətini təqdim edib. Şirkətlə çalışan sürücülərin sayı 800-ə çatıb və sürücü ailəsinə ilk qadın qatılıb. Daha sonra isə 20%-lik VİP endirim kartını istifadəyə verilib.

2013-cü ildə “Ekonom” və “Biznes klass” tariflərindən əlavə, “Komfort” tarifini, sürücülərin daha rahat işləməsi üçün ilk Android tətbiqi yaradılıb. Genişlənməkdə olan sürücü ailəsinin sayı 1200 olub.

2014-cü ildə müştərilər üçün taksi sifarişini daha asanlaşdıraraq ilk mobil tətbiq və veb-saytda “Mənə zəng et” funksiyası yaradılıb.

Artıq 1500 sürücü onlara güvənərək “189 TAXİ”-də fəaliyyət göstərir.

2015-ci il 189 TAXİ xidməti olaraq yeni “Ailə dəyərləri” ideologiyasını təqdim edib.  Daim yeniliklərə can ataraq taksilərə ödənişsiz Wi-Fi yerləşdirilib. Komanda dayanmadan genişlənib. Şirkətlə çalışan sürücülərin sayı 1800, çağrı mərkəzində operator sayı isə artıq 30 nəfər idi. Daha böyük məqsədlərə hədəflənərək rebrendinq etməyə qərar verərək şirkət yeni loqotipini müştərilərə təqdim edib. Elə 2015-ci ildə korporativ müştərilərin sayı artıq 400-ə çatıb.

2016-cı ildə daha da sərfəli olaraq “Super ekonom” tarifini və sərhədləri fəth edərək ölkə xaricinə gedişlər xidmətini təqdim edib. 2200+ sürücü və 500 korporativ müştəri şirkətlə idi.

2017-ci ildə artıq şirkətdə 3500+ sürücü və 35 çağrı mərkəzi operatoru fəaliyyət göstərir. Komanda, müştərilərin rahatlığını düşünərək veb-saytda “Şəxsi kabinet” bölməsini yaratdı. Yayın qızmar vaxtında isə “Freeze time” aksiyası keçirilib. Aksiya çərçivəsində minlərlə sərnişinə dondurma hədiyyə olunub və onlar getdiyi ünvana sərinləyərək çatıblar. 

“189 TAXİ” komandası olaraq əzmlə çalışmağın və işlərinə olan sevginin nəticəsi ilə hər kəs tanış oldu.

Reklam hüququnda

 

Paylaş:
550

Son xəbərlər

Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07
Bütün xəbərlər