Rumires şirkəti – sağlamlığınızın keşiyindədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rumires şirkəti – sağlamlığınızın keşiyindədir – FOTO

16:30 - 19 / 12 / 2017
Rumires şirkəti – sağlamlığınızın keşiyindədir – FOTO

Məlum olduğu kimi, cansağlığı insanın ən böyük dəyəridir.  

Gəlirlərin həcmindən asılı olmayaraq çox az insan tibbi xidmətlərə qənaət edir. Müasir dünyamızda bir çox xidmətlərin, eləcə də tibbi xidmətlərin seçimi çoxdur.  

Müsahibimiz vətəndaşlarımıza xaricdə müalicəni təqdim edən Rumires şirkətinin satış üzrə meneceri Darina Əliyeva ilə müasir tibbi xidmətlər, tibbi turizm haqqında ətraflı danışdıq.

- Darina, zəhmət olmasa şirkətiniz tibbi turizmin hansı istiqamətlərində xidmətləri təqdim edir?

- İlk olaraq qeyd edim ki, tibbi turizm Almaniyada, İsraildə və digər ölkələrdə də müalicə sahəsində uzun müddətdir böyük populyarlıq qazanıb. Rumires şirkəti Almaniya, Türkiyə, Belorus və İsrail kimi ölkələrdə müalicə xidmətini təqdim edir.

- Bu ölkələr arasında fərq nədədir? Tibbi sahədə digərindən daha üstün olan ölkə varmı?

- Hər bir ölkənin özünəməxsus tibbi xüsusiyyəti var.

- Hər bir kəs Almaniyadakı səhiyyənin yüksək səviyyəsindən xəbərdardır.Bu istiqamətdə pasiyentlərə nə təklif edirsiniz?  

- Almaniya artıq bir neçə onillikdir ki, tibb sahəsində lider mövqeyini qoruyub saxlayır. Şirkətimiz əsasən Bavariya federal vilayətilə əməkdaşlıq edir. Burada alman tibb sahəsinin mərkəzi haqlı olaraq Münhen hesab edilir. Münhendə ən yaxşı klinikalar, diaqnostik və reabilitasiya mərkəzləri yerləşir. Biz Almaniyanın ən yaxşı dövlət, universitet və özəl klinikaları ilə əməkdaşlıq edirik. Müntəzəm olaraq klinikalar və mütəxxəsislərlə bağlı sorğu və monitorinqlər apararaq, aktual tədqiqatları öyrənirik.

Bu, bizə yeniliklərdən xəbərdar edərək müştərilərimiz üçün yeni tibbi köməklər təklif etməyə imkan yaradır. Müştərilərimizə bir sıra xidmətləri: alman klinikaları, həkimlər, müalicə üsulları, xidmətlərin qiyməti və s. ilə bağlı təklif edirik. Həmçinin ən yaxşı mütəxxəsislərin cəlb edilməsilə bağlı fərdi tibbi proqramlar hazırlayırıq, müayinə və müalicə proqramının hazırlanması, dəyəri və vaxtı, müalicəsi və reabilitasiyası, tibbi heyətlə ilkin danışıqların aparılması, xəstə ilə gələn qohumların qalması üçün yaşayış yerlərinin axtarılmasına yardımçı olmaq, ağır vəziyyətdə olan pasiyentlərin daşınması, tibbi sənədlərin alman və ingilis dillərinə tərcüməsi, tibbi vizanın tərtibatına da yardımçı oluruq. Əməkdaşlarımız Almaniyada pasiyetləri qarşılayaraq ölkədə qaldıqları müddət ərzində onları müşayiət edirlər. Eləcə də ixtisaslaşdırılmış tərcüməçi xidmətlərini də təklif edirik.

- Vətəndaşlarımız istər istirahət, istərsə də ciddi xəsətliklər zamanı müalicə üçün ilk olaraq düşündükləri – yaxın qonşumuz Türkiyədir. Qardaş ölkə ilə mədəniyyətvə dil baxımından fərq olmasa da, pasiyentlər çoxlu sayda klinika və həkim seçimində çətinlik çəkirlər. Türkiyə klinikaları əsasən hansı istiqamətdə ixtisaslaşıb?

- Türkiyənin dünya tibb sahəsində hazırki vəziyyəti onkoloji xəstəliklərin diaqnostikası, kosmetoloji və estetik çatışmazlıqlarla bağlı fəsadların müalicəsinə imkan verir. Türkiyənin Səhiyyə Nazirliyi hər il onkoloji xəstəliklərin aşkarlanması, müalicə üsulu ilə bağlı vəsait ayırır. Bu da həkimlərimiz tərəfindən əməliyatı mümkün olmayan onkoloji xəstələr üçün yeni şans verir. Klinikalarda kadriologiya, endokrinologiya, qastroenterelogiya, travmatologiya (həmçinin idman zədələri), dəri-zöhrəvi və digər şöbələr fəaliyyət göstərir. Eləcə də qaraciyər və digər yoluxucu xəstəliklər zamanı diaqnosktik, profilatik və müalicə prosedurları da yüksək səviyyədə aparılır. Bununla yanaşı, transplantologiya, ortopedik cərrahiyyə, mama-ginekologiya sahəsində də peşəkarlıq yüksək səviyyədədir.

Ölkənin Səhiyyə Nazirliyi tərəfindən tənzimlənən qiymətlərin əlçatan olması da vətəndaşları cəlb edir. Beləki, burada qiymətlər xidmətin keyfiyyəti, müalicə və qalmadan asılı olmayaraq Avropa xəstəxanalarındakı analoji xidmətdlərdən 2-3 dəfə aşağıdır.

Türkiyədə insanın genetik kodunu analiz edən laboratoriya da var. Bu da pasiyentlər və təcrübəsini artıran həkimlər üçün yeni imkanlar verir. Bu cür laboratoriyalardan Avropada cəmi 5 dənədir.

- Tibb sahəsində post-sovet məkanlarından Belorus tibbi müəssisələri ilə əməkdaşlıq edirsiniz. Nə üçün Rusiya və ya Ukrayna deyil, məhz Belorus?

- Belorusda tibb inkişafın prioritet sahələrindəndir. Ümumdünya Səhiyyə Təşkilatının reytiqində bu ölkənin tibbi inkişafı 72-ci yerdə qərarlaşıb. Əgər Belorusu Rusiya və Ukrayna ilə müqayisə etsək, o zaman onlar  müvafiq olaraq 130 və 79-cu yerlərdədirlər.

Son zamanlar Belorusda tibbi turizmlə bağlı tələbat da yüksəlib. 2010-cu ildə bu ölkədəki tibbi xidmətdən 100 000 nəfər, 2011-ci ildə isə 115 500 əcnəbi vətəndaş yararlanıb.

Belorusadakı tibbi xidmətlərin Avropa klinikaları ilə müqayisədə aşağı qiymətdə olmasına baxmayaraq yüksək səviyyədə olmasıdır. Keyfiyyətli tibbin əsas faktoru –  savadlı mütəxxəsislərlə son nəsil tibbi avadanlıqların sintezidir.

Belorusda çoxlu sayda elmi-tədqiqat, tibbi və praktiki mərkəzlər fəaliyyət göstərir. Burada pasiyentlər üçün yeni müalicəvi, diaqnostika və reabilitasiya metodları tətbiq edilir. Belorus klinikaları kardiologiya, urologiya, ginekologiya, süni mayalanma, stomatologiya, oftalmologiya, plastik cərrahiyyə və başqa sahələr üzrə geniş müalicə və diaqnostika xidmətləri təklif edir.

- Yeri gəlmişkən, bildiyiniz kimi, Belorusda tibbin bir çox sahələri üzə sanatoriyalar da fəaliyyət göstərir...

- Belorus uzun müddətdir ki, istirahət və sağlamlıq sahəsində populyarlıq qazanıb. Belorus sanatoriyalarında müalicə üçün mineral sular, müalicəvi palçıqlar, küknar və qarışıq meşələrdən  müalicəvi hava, ekoloji cəhətdən təbii ərzaqlar və əlbəttə ki, fizioterapevtik prosedurlar da təqdim edilir.

Belorus sanatoriyaları bir çox istiqamətlərdə unikaldır. Misal üçün, xüsusi tərkibli palçıqlar, yerli mənbələrdən radon tərkibli sular, eləcə də onların ekoloji təmiz ərazilərdə  – göllərin və çayların sahillərində yerləşməsidir. Hər bir sanatoriyanın bir sıra tibbi istiqaməti var. Şirkətimiz pasiyentin müalicəsi üçün uyğun qiymətə tərəfdaşlarımızdan biri ilə seçim etməyə köməklik edir.

- İsrail tibbi turizm üzrə Almaniyanın ən yaxın rəqibidir. Məlum olduğu kimi, şirkətiniz İsrail klinikaları ilə də əməkdaşlıq edir. İsrail əsasən hansı pasiyentlərə uyğundur?

- İsraildə tibb yüksək səviyyədədir, burada müalicə müxtəlif təbəqədən olan insanlar üçün mümkündür. Belə ki, İsrail tibbində xəstəliklərin bütün növləri üzrə ən son elmi tədqiqatlar və müasir metodlar tətbiq olunur.

Pasiyenlər arasında İsraildə mülicəni seçən minlərlə səbəbdən biri – burada ən müasir tibbi avadanlıq və texnologiyanın istifadəsidir. Eləcə də bu texnologiya yalnız İsraildə hazırlanıb və yalnız bu ölkədə istifadə olunur. Məlum olduğu kimi, tibbi texnologiya və preparatlar sahəsində bütün patentlər İsrail alim və həkimləri tərəfindən əldə edilib.   

Mütəxxəsislərin fikrincə, İsraildə müalicə tibbi turizm sahəsi üzrə ən uğurlu və effektiv lider üçlüyünə daxildir. Demək olar ki, klinikalarda bütün tibbi heyət rus dilində danışır. İsrail tibbinin nailiyyətləri arasında – ən çətin onkoloji xəstəliklər, kardioloji və ortopedik xəstəliklər, sonsuzluq, qan xəstəlikləri, mədə-bağırsaq, dayaq-hərəkət aparatı kimi xəstəliklər yer alıb. uşaqların müalicəsi də İsrail tibbinin aparıcı istiqamətlərindən biridir.

- Sonuncu sual. Müstəqil olaraq həkim və ya klinikanın axtarışı ilə şirkətiniz vasitəsilə axtarış arasında fərq nədən ibarətdir?

- Bütün məsələləri – klinikanın mütəxxəsisləri ilə qəbul, müştəri ilə tibbi mərkəz, həkim arasında əlaqəni tez yaradırıq, müalicənin xüsusiyyətləri ilə bağlı müştərini məlumatlandırırıq. Müştəri aldığı xidmətin dəyənin klinikanın tarifinə uyğun olaraq oradakı kassya ödəyir. Müvaqfiq olaraq xidmətin qiyməti artırılmır. Tibbi mərkəzlərlə tərəfdaşlıq münasibətləri əsasında qabaqcadan ilk məsləhətləşmə, eyni zamanda bir neçə müalicə seansı bron edirik.

Bununla yanaşı, şirkətimiz viza köməkliyi, oteldə nömrələrin bron edilməsi, tibbi sənədlərin tərtibatı, görüşlərin təşkili, aeroporta yola salma, əməkdaşlarımızın bütün məsələlər üzrə məsləhəti, ağır xəstələrin təyyarə ilə daşınması, təyyarənin qarşısında tibbi yardım maşınlarının gözləməsi, eləcə də xüsusi tibbi təyyarə ilə çarter reysləri də təşkil edirik.

- Müsahibəyə görə təşəkkür edirik. Uğurlar.

Daha ətraflı məlumatı bu nömrələr vasitəsilə əldə edə bilərsiniz: (+99412) 480 13 56; (+99450) 501 51 12.

RUMIRES şirkəti bu ünvanda yerləşir: Bakı şəhəri, Xocalı prospekti 55, AGA Center

email: [email protected]

www.rumires.com

1news.az

Paylaş:
1333

Son xəbərlər

Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07
Bütün xəbərlər