Qızının sevgilisi sandı, arvadını öldürdü | 1news.az | Xəbərlər
Dünya

Qızının sevgilisi sandı, arvadını öldürdü

16:47 - 19 / 12 / 2017
Qızının sevgilisi sandı, arvadını öldürdü

Türkiyədə, Manisa şəhərinin Əhmədli qəsəbəsində qızının sevgilisinin həyətin qapısını açmağa çalışdığını sanıb, tapançayla qapıya atəş açan şəxs səhvən həyat yoldaşını vurub.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, 46 yaşlı İ.K. yanlışlıqla 43 yaşlı Azize K.-ni öldürüb.

Olay səhər saat 06:30 radələrində qeydə alınıb.

Bu məqamda qızının qışqırığından sonra dəmir qapını aralayan İ.K. arvadı Azize K.-ni qan içində, yerdə uzanan görüb.

Ağır yaralı Azize K. təcili yardımla xəstəxanaya çatdırılıb.

Azize K.-nin həyatını xilas etmək mümkün olmayıb.

İ.K. həbs solunub.

Mərhumun hadisənin baş verdiyi axşam qaynanasıgildə qaldığı və səhər saatlarında evinə gəldiyi zaman vurulduğu məlum olub.

1news.az

Paylaş:
737

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər